image-karolin-levittbackend

Ağ Ev: Tramp Qrenlandiyanı almaq istəyir

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini çox aydın şəkildə bildirib. O, ABŞ-nin adanı əldə etməsini istəyir.

Referans Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib.

“Tramp Qrenlandiyanı əldə etmək istəyir, çünki ABŞ bunu etməsə, Çin və ya Rusiya adanı əldə edəcək. Bu, nə ABŞ, nə Avropa, nə də Qrenlandiyanın özü üçün yaxşı deyil” – Levit deyib.

Tramp daha öncə bildirib ki, AB, Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək.

8 yanvarda ABŞ dövlət katibi Marko Rubio Danimarka nümayəndələri ilə Qrenlandiyanın mümkün alınması da daxil olmaqla müxtəlif məsələləri müzakirə edib.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki