Cənubi Afrika Respublikasının Qautenq əyalətində iyul ayından bu yana ölü tapılan qadınların sayı 11-ə yüksəlib. Hüquq-mühafizə orqanları baş verən qətllər arasında əlaqənin olub-olmadığını araşdırır.
Referans Media bildirir ki, son olaraq Sprinqs bölgəsində, Rokana yolu yaxınlığındakı açıq ərazidə bir qadının meyiti aşkarlanıb.
Ərazidə patrul xidməti aparan özəl mühafizə əməkdaşları meyiti gördükdən sonra hadisə yerinə polis çağırılıb.
Qautenq əyalətinin polis komissarı, general-leytenant Tommi Mthombeni ilkin araşdırmalara əsasən, 20 yaşlarında olduğu ehtimal edilən qadının yaxın zamanda öldürüldüyünü bildirib.
