Səudiyyə Ərəbistanının neft ixracı sentyabr ayında kəskin artaraq avqust ayı ilə müqayisədə təxminən iki dəfə yüksəlib.
Referans MEDİA analitik şirkət "Kpler"in məlumatlarına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu ay sutkada təxminən 5,4 milyon barel neft ixrac edib. Bu göstərici avqustda qeydə alınan sutkalıq 2,4 milyon bareldən iki dəfədən çox yüksəkdir.
Məlumata görə, Yaxın Şərqin əsas neft istehsalçılarının xam neft ixracı sentyabr ayında sutkada 12,8 milyon barelə yüksəlib. Bu, ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının fevralın sonunda başlamasından sonra ən yüksək göstəricidir.
Əməliyyatlardan əvvəl region ölkələrinin neft ixracı sutkada 18,8 milyon bareli keçirdi.
