Ağstafaya yumurta boyda dolu yağdı - FOTO

Ağstafa rayonuna iri həcmli dolu düşüb.

Referans Media Publika.az-a istinadən xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb.

Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib.

Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrinə ziyan vurub. (“Report”)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki