İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail rəhbərliyi orduya Livanda atəşi dayandırmağı, lakin mövqelərində qalmağı əmr edib. 

Referans Media xəbər verir ki, bu barədə "N12" telekanalı məlumat yayıb.

Bildirilir ki, əmri İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Kats veriblər. 

Eyni zamanda, bu sərəncama əsasən, İsrail ordusu Livanın cənubunda "sarı xətt" boyu tutduğu mövqeləri qoruyub saxlamağa davam edəcək.

Telekanalın məlumatına görə, İsrail rəhbərliyinin bu qərarı "ABŞ ilə koordinasiyadan sonra" qəbul edilib.

Ötən gün "Spiegel" jurnalı mənbələrinə istinadən xəbər verib ki, İsrail və Livanın "Hizbullah" hərəkatı ABŞ və Qətərin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki