Gəncədə 67 yaşlı qadının meyiti tapılıb.
Referans Media xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Firdovsi küçəsində baş verib.
1959-cu il təvəllüdlü Xalidə Eminbəylinin cansız cəsədi yaşadığı mənzildə yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
