AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəfat edib.

Referans Media “teleqraf.az”a istinadla xəbər verir ki, tanınmış şair-publisist İsmayıl Səlim oğlu İmanzadə bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsmayıl İmanzadə 1944-cü ildə Cəbrayıl rayonunda dünyaya gəlib.

İşğal dövründə Mingəçevirdə məskunlaşıb. Çox sayda şeirlər kitabının müəllifidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki