Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.

Referans Media “report.az”a istinadla xəbər verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb.

Belə ki, 1943-cü il təvəllüdlü Həsənova Şərqiyyə İdiş qızı yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Ramiz Əhməd oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki