İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Martın 2-dən bəri İsrailin hücumları nəticəsində azı 4057 nəfər həlak olub, 12 121 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. 

Nazirlik həmçinin cümə günü baş verən İsrail hücumlarında ölənlərin sayının artdığını, ilkin elan edilən 47 nəfərdən yekun olaraq 83 ölü və 141 yaralıya çatdığını bəyan edib.

Zərərçəkənlərin əksəriyyəti Livanın cənubunda, digərləri isə ölkənin şərqində qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki