Ana evə qayıdanda körpəsinin meyitini tapdı - Bakıda dəhşət

Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.

Referans Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.

Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.

Hadisə baş verən zaman uşağın atası işdə olub.

Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki