Azərbaycanda yeni ombudsman seçiləcək

Oktyabrın 30-da Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

Referans Media xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.

Deputatlar "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələni müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.

Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi./Oxu.Az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki