Anar Ələkbərov “44” filmi ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov “44” filminin son 15 gündə kinoteatrlarda 122 min tamaşaçı tərəfindən izlənildiyini bildirib.

Referans Media xəbər verir ki, bu barədə o, rəsmi İnstaqram səhifəsində məlumat verib.

“Bunlar sadəcə rəqəmlər deyil. Bu, Azərbaycan kinosunun böyük potensiala və böyük gələcəyə malik olduğunun sübutudur. İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik. Göstərdikləri etimada, marağa və səmimi duyğularına görə tamaşaçılarımıza minnətdarıq!”,- Anar Ələkbərov qeyd edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki