Sidney Universitetinin alimləri insan ömrünün uzadılması ilə bağlı aparılan son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.
Referans Media xəbər verir ki, araşdırma göstərir ki, bahalı müalicələrə və ya genetik faktorlara ehtiyac qalmadan, gündəlik həyatda tətbiq edilən cəmi 3 kiçik vərdiş insan ömrünü 9 ilə qədər uzada bilər. Alimlərin təqdim etdiyi siyahıda birinci yeri müntəzəm və keyfiyyətli yuxu tutursa, digər iki addım fiziki aktivliyin artırılması və balanslı qidalanmadan ibarətdir.
Xüsusilə həftəsonları adi günlərdən daha çox yatmaq və yuxu rejimini pozmaq maddələr mübadiləsinə mənfi təsir edir. Tədqiqatçılar vurğulayırlar ki, böyük həyat dəyişiklikləri əvəzinə hər gün kiçik müsbət addımlar atmaq orqanizmin qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidir./Musavat.com/
