Dohada kritik addım: ABŞ və İran birbaşa danışıqlara başlayır!

Birləşmiş Ştatların nümayəndə heyəti Qətərin paytaxtı Dohada keçirilən danışıqlara qoşulmağa hazırlaşır.

Referans Media xəbər verir ki, bu addım Vaşinqton və Tehran arasında birbaşa dialoqun bərpa olunması üçün real imkanlar yaradır.

"Al Araby Al Jadeed" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ təmsilçilərinin prosesdə iştirakı İran ətrafında kəskinləşən münaqişənin tənzimlənməsi üzrə diplomatik səyləri davam etdirməyə şərait yaradacaq.

Bundan əvvəl "Axios" portalı Qətər nümayəndə heyətinin Tehranda keçirilən 12 saatlıq gərgin müzakirələrdən sonra İran təmsilçiləri ilə birlikdə Dohaya qayıtdığını bildirmişdi. Məlumata görə, görüşlər zamanı müəyyən irəliləyişlər əldə olunub və tərəflər arasında danışıqların oktyabrın 31-də də davam etdirilməsi gözlənilir./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki