Arda Turan məğlubiyyətin səbəbini açıqladı – Bu sözləri gündəm oldu

UEFA Çempionlar Liqasının 5-ci turunda "Fənərbaxça"ya 0:1 hesabı ilə məğlub olan Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan qarşılaşmadan sonra açıqlama verib.

Referans Media xəbər verir ki, gənc futbolçuların çıxışından narazı qalan Turan komandasının çoxsaylı top itkilərinə yol verdiyini bildirib.

“Fənərbaxçanı təbrik edirəm. Qalib gəliblərsə, deməli, bizdən daha yaxşı oynayıblar. Oyundan razı deyiləm. Futbolçularım U-20 və U-21 səviyyəsindədirlər. Öyrənməli olduqları çox şey var. Bu qədər top itkisinə dözmək mümkün deyil. Məğlubiyyətdən dərs çıxaracağıq və inkişaf etməyə davam edəcəyik”, – deyə o bildirib.

Arda Turan komandasının belə oyunla qalib gələ bilməyəcəyini də vurğulayıb:

“Bu şəkildə qalib gələ bilməzsən. Bəzi epizodları düzgün oynasaydıq, bəlkə də xal qazana bilərdik. Təslim olmayacağıq. Məğlubiyyət futbolçunun cəhənnəmidir. Bu çətinliyi yaşayacağıq, amma yenidən ayağa qalxacağıq”.

Baş məşqçi Çempionlar Liqasının səviyyəsinə uyğunlaşmaq üçün komandalarının hələ çox şey öyrənməli olduğunu deyib. O, "Fənərbaxça"nın baş məşqçisi Emre Belözoğlunu da qələbə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki