Arda Gülərin 10,7 milyonluq seçimi: "Real Madrid" futbolçularına yeni avtomobillər təqdim edildi

"Real Madrid" futbolçuları klubun sponsorlarından olan Alman avtomobil nəhəngi BMW tərəfindən təqdim edilən yeni avtomobillərini alıblar.

Referans Media bildirir ki, Madrid klubunun "Santyaqo Bernabeu" stadionunda keçirilən təqdimat mərasimində futbolçular üçün xüsusi avtomobil seçimi həyata keçirilib.

Milli futbolçu Arda Gülər isə öz seçimi ilə diqqət çəkib. Gənc yarımmüdafiəçi BMW XM Label modelinə üstünlük verib.

Məlumata görə, Arda Gülərin seçdiyi bu model Avropada təxminən 192 min avro (təxminən 10,7 milyon türk lirəsi) qiymətinə satılır.

BMW XM Label güclü texniki göstəriciləri ilə seçilir. Avtomobil V8 mühərrik və elektrik mühərrikindən ibarət hibrid sistemlə təchiz olunub.

Ümumilikdə avtomobil təxminən 748 at gücü istehsal edir. Beş oturacaqlı modelin yanacaq sərfiyyatı isə 100 kilometrə 12,6 litr təşkil edir.

Qeyd edək ki, "Real Madrid" və BMW arasında əməkdaşlıq müqaviləsi çərçivəsində klub futbolçularına yeni avtomobillər təqdim olunub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki