Berke Özerdən möhtəşəm performans: “Lill” “Bavariya”nı diz çökdürdü - VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Lill” doğma meydanda Almaniya nəhəngi “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib.

Referans Media xəbər verir ki, qarşılaşmada Türkiyə millisinin qapıçısı Berke Özər də diqqət çəkib. O, 90 dəqiqə meydanda olub və 5 seyvlə komandasının qələbəsində mühüm rol oynayıb. Qapıçıya oyuna görə 7,3 reytinq balı verilib.

Görüşdə hesabı 15-ci dəqiqədə Dayot Upamekano açaraq “Bavariya”nı önə keçirib. Lakin ikinci hissədə “Lill”in futbolçuları cəmi üç dəqiqə ərzində iki qol vuraraq vəziyyəti dəyişiblər. 62-ci dəqiqədə Ueda hesabı bərabərləşdirib, 65-ci dəqiqədə isə Pavloviç topu öz qapısına göndərib.

Beləliklə, “Lill” turnirdə ilk qələbəsini qazanaraq xallarını 4-ə çatdırıb. Çempionlar Liqasında ilk məğlubiyyətini alan “Bavariya” isə 8 xalla qalıb.

"Lill" (Fransa) – "Bavariya" (Almaniya) - 2:1

Qollar: Ueda, 62, Pavloviç, 65-pen. - Upamekano, 15

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki