İspaniyanın "Barselona" klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Referans Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, V turun "Sabah"a qarşı keçirilən oyununda (4:1) 2 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, ingiltərəli futbolçu səsvermədə Kilian Mbappe ("Real"), Antonio Nusa ("Leyptsiq") və Kuço Ernandesdən ("Betis") daha çox səs toplayıb.
