“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında ara qarışdı: oyun yarımçıq dayandırıldı
Referans Media xəbər verir ki, “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən qarşılaşma yarımçıq saxlanılıb.
Görüşün dayandırılmasına stadionda polislə azarkeşlər arasında baş verən toqquşma səbəb olub. Yaranmış gərginlik fonunda meydandakı futbolçular da fanatlara müraciət edərək onları sakitləşməyə çağırıblar./Musavat.com
