"Arka Sokaklar"ın bütün aktyorları "öldü"

Türkiyənin ən uzunömürlü seriallarından olan "Arka Sokaklar" yeni sezon finalının görüntüləri ilə böyük səs-küy yaradıb.

Referans Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər serialın əsas simalarının ard-arda ölü kimi göstərilməsi ilə tamaşaçıları heyrətə salıb.

Görüntülərdə xüsusilə Rıza Baba, Hüsnü Çoban, Selin, Mesut və digər məşhur obrazların “həyatını itirdiyi” anlar diqqət çəkib.

Kadrlar qəfil silah səsləri, partlayış effekti və gərgin musiqi ilə müşayiət edildiyi üçün çoxları bunu serialın “ən şok finalı” kimi qiymətləndirir. (Bakıvaxtı.az)

Qeyd edək ki, Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar” ilk dəfə 31 iyul 2006-cı ildə yayımlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki