Avropa müharibə başlayandan Ukrayna ilə Rusiyaya eyni məbləği xərcləyib – Şok sənəd

Avropa İttifaqı və üzv dövlətlər 2022-ci ildən 2026-cı ilin oktyabr ayının ortalarına qədər Ukraynaya 231,5 milyard avro ayırıblar. Eyni dövrdə enerji də daxil olmaqla, Rusiya məhsullarının alınmasına Aİ 232,05 milyard avro sərf edib.

Referans Media xəbər verir ki, bu rəqəmlər Avropa Komissiyasının Avropa Parlamentinin üzvü Moritz Körnerin sorğusuna verdiyi cavabda əksini tapıb.

Sənəddən aydın olur ki, Fransanın bu “mübadilə”də rolu xüsusilə diqqətçəkəndir: Rusiyaya təxminən 40 milyard avro ödəniş, Ukraynaya isə 16 milyard avro yardım edilib.

İtaliyada da vəziyyət oxşardır.

Avrodeputat bu vəziyyətə görə Aİ ölkələrini günahlandırıb: "Avropa Putinin enerji ehtiyatları üçün ona müqavimət göstərdiyi qədər pul ödəyir. Və sonra müharibənin niyə dayanmadığını düşünürlər"./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki