Bu iki şəhərə 2 saat 15 dəqiqəyə getmək mümkün olacaq – Nazir ŞAD XƏBƏRİ açıqladı / FOTOLAR

Türkiyədə dəmir yolu nəqliyyatında mühüm yenilik gözlənilir. Belə ki, Bandırma-Bursa-Yenişehir-Osmaneli Yüksək Sürətli Qatar layihəsi çərçivəsində Osmaneli-Bursa hissəsində sınaq mərhələsinə başlanılıb.

Referans Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlu Osmaneli-Bursa istiqamətində görülən işlərin son mərhələyə çatdığını bildirib. O qeyd edib ki, sentyabr-oktyabr aylarında dəmir yolu xəttinin həndəsi göstəricilərinin ölçülməsi və kontakt şəbəkəsinin statik yoxlamaları başa çatdırılıb. Oktyabr ayında siqnalizasiya sisteminin enerji təchizatı üzrə sınaqlara başlanılıb. Noyabrda isə kontakt şəbəkəsinin istilik rejimində yoxlanılması üzrə sınaqlar aparılır.

yeni-hat-geliyor-hem-ankaraya-hem-istanbula-2_1407a0886f_sd.jpg (152 KB)

Sınaqların növbəti mərhələsində siqnalizasiya sisteminin uyğunluq yoxlamaları, Avropa Qatar İdarəetmə Sistemi və dəmir yolu mobil rabitə sistemi (GSM-R) üzrə testlər keçiriləcək. Həmçinin Osmaneli-Bursa xətti ilə Ankara-İstanbul Yüksək Sürətli Qatar xətti arasında inteqrasiya sınaqları aparılacaq.

Uraloğlu bütün bu yoxlamaların xəttin təhlükəsiz istismara verilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

20261121_dd882838e0e047ff97f1adaef8088671.jpg (71 KB)

Nazir qeyd edib ki, Osmaneli-Bursa hissəsinin tamamlanması ilə Bursa şəhəri birbaşa Türkiyənin yüksək sürətli dəmir yolu şəbəkəsinə qoşulacaq. Beləliklə, Bursadan yola düşən qatar Osmaneli üzərindən Ankara-İstanbul Yüksək Sürətli Qatar xəttinə birləşəcək. Bu bağlantı sayəsində Bursa-Ankara və Bursa-İstanbul istiqamətlərində səfər müddəti 2 saat 15 dəqiqəyə qədər azalacaq./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki