Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Azərbaycanda təbii qaz üzrə illik istehlak limiti 2027-ci il yanvarın 1-də yenilənəcək.

Referans Media xəbər verir ki, bununla da abonentlərin yeni təqvim ili üzrə qaz sərfiyyatının hesablanmasına başlanacaq.

Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcmindən asılı olaraq üç pillə üzrə müəyyənləşdirilir:

-İllik 1200 kubmetrədək – 12,5 qəpik;
-1200–2500 kubmetr arası – 22 qəpik;
-2500 kubmetrdən artıq – 30 qəpik.

Beləliklə, 2026-cı ildə istifadə edilmiş qaz həcmi 2027-ci ilin limitinə daxil edilməyəcək. Yanvarın 1-dən etibarən yeni illik hesablama dövrü başlayacaq.

Elektrik enerjisi üzrə isə fərqli qayda tətbiq olunur. Əhali abonentləri üçün istehlak limiti aylıq hesablanır:

-200 kVt/saatadək – 8,4 qəpik;
-200–300 kVt/saat arası – 10 qəpik;
-300 kVt/saatdan artıq – 15 qəpik.

Qeyd edək ki, elektrik enerjisi üzrə limit illik deyil, ardıcıl 30 təqvim günü ərzindəki istehlaka əsasən hesablanır.

Hazırda 2027-ci il yanvarın 1-dən qaz və elektrik enerjisinin vahid tariflərinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar isə açıqlanmayıb./Modern.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki