Avropa İttifaqı ölkələri iyun ayında Rusiyadan maye təbii qaz (LNG) idxalını ötən ilin eyni ayı ilə müqayisədə 14% artırıb.
Referans Media “APA”ya istinadən xəbər verir ki, bu barədə “WELT” yazıb.
Məlumata görə, Rusiyanın LNG satışından əldə etdiyi gəlirlər gündə təxminən 60 milyon avroya çatıb.
Rusiyadan ən çox LNG alan ölkə Fransa olub. Fransanın şimal-qərbində yerləşən Montoir limanına iyun ayında may ayı ilə müqayisədə dörd dəfə çox Rusiya qazı daxil olub.
Bundan başqa, 2026-cı ilin ilk yarısında Avropa İttifaqı ölkələri Rusiyanın Yamal LNG layihəsindən 136 yük qəbul edib. Onların ümumi həcmi təxminən 10 milyon ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Maraqlıdır ki, Aİ Rusiyadan qaz asılılığını azaltmaq siyasəti həyata keçirir və 2027-ci ilə qədər Rusiya qazı və LNG-sindən tamamilə imtina etməyi planlaşdırır.
