Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan qətldə şübhəli bilinən MMA idmançısı dünya çempionu imiş - Foto/Video

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən və hadisə yerindən qaçan MMA idmançısı Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

Referans Media "Qafqazinfo"ya istinadla xəbər verir ki, Elmar Cəfərov 2015-ci ildə Antalyada kempo üzrə dünya çempionu, 2018-ci ildə isə Bakıda budo üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, hadisədən sonra Elmar Cəfərovla birlikdə "Sabunçu Emin" kimi tanınan şəxs də hadisə yerindən qaçaraq gizlənib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı ümumilikdə doqquz nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki