İbrahim Tatlıses xəstəxanada 40 gün bu filmə baxıb

Türkiyəli müğənni İbrahim Tatlısesin 2011-ci ildə silahlı hücumdan sonra xəstəxanada müalicə aldığı dövrlə bağlı maraqlı açıqlama verilib.

Referans Media xəbər verir ki, aktyor və rejissor Sermiyan Midyat bu barədə "Hakan Bilgin ile Sana Dair" proqramında danışıb.

O bildirib ki, İbrahim Tatlıses xəstəxanada qaldığı 40 gün ərzində hər gün onun çəkildiyi "Ay Lav Yu" filminə baxıb.

Midyatın sözlərinə görə, hadisə baş verən zaman ABŞ-da olub. Mərhum aktyor Aydemir Akbaş ona zəng edərək Tatlısesin silahlı hücuma məruz qaldığını və xəstəxanada müalicə aldığını bildirib.
 

Türkiyəyə qayıtdıqdan sonra müğənnini ziyarət edən Midyat xəstəxanada maraqlı mənzərə ilə qarşılaşıb. Onun sözlərinə görə, ətrafdakılar "Ay Lav Yu" filmindən replikalar söyləyir, Tatlısesin otağında isə televizorda həmin film nümayiş etdirilirdi.


Aktyor qeyd edib ki, müğənni filmin dialoqlarını əzbərdən bilirdi. Tatlıses ona 40 gündür xəstəxanada olduğunu və hər gün bu filmə baxdığını söyləyib.

Midyat həmin görüşün hər ikisi üçün duyğusal keçdiyini, qucaqlaşaraq ağladıqlarını da bildirib.

Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından ağır yaralanan sənətçi uzun müddət müalicə və reabilitasiya keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki