image-sergen-yalcindan-degisim-mesaji_f3bbcdc083_ampbackend

Sergen Yalçın AÇIQLADI: Beşiktaşda yeni era BAŞLAYIR

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın komandanın Türkiyə Kuboku çərçivəsində “Alanyaspor” üzərində 3–0 qələbəsindən sonra mühüm açıqlamalar verib.

O, komandanın turnirdə yoluna davam etməsindən məmnunluq ifadə etsə də, əsas hədəfin kuboku qazanmaq olduğunu vurğulayıb.

Referans Media xəbər verir ki,  Sergen Yalçın bildirib ki: “Komanda turnirdə mərhələ-mərhələ irəliləyir. Oyunun bəzi hissələri çətin keçsə də, futbolçular yaxşı reaksiya göstərib.  Klub üçün əsas hədəf kuboku qazanmaqdır”.

Təcrübəli məşqçi ən diqqətçəkən açıqlamasını isə heyət planlaması ilə bağlı verib. O qeyd edib ki: “Komandanı çətin bir yay transfer dövrü gözləyir. Heyətdə ciddi dəyişikliklər ediləcək. Yeni mövsümdə məqsəd çempionluq yarışında olmaqdır. Bu proses üçün vaxt və səbr lazımdır

“Beşiktaş” azarkeşlərinə də səslənən Sergen Yalçın komandanın yenidən qurulma mərhələsində olduğunu deyib və dəstək çağırışı edib.

O həmçinin “Fənərbaxça” və “Qalatasaray” komandalarının kubokdan kənarda qalmasının gözlənilməz olduğunu, futbolun sürprizlərə açıq bir oyun olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki