İranın dini lideri Əli Xamenei və oğlu Müctəba Xamenei barədə ABŞ mətbuatında yeni iddialar yayılıb.
“The New York Times”ın İran mənbələrinə istinadən verdiyi xəbərdə Müctəba Xamenein ayağından üç dəfə əməliyyat olunduğu iddia edilib.
İddialara görə nə baş verib?
Referans Media xəbər verir ki, Müctəba Xamenei 28 fevralda baş verən hücumda yaralanıb. Ayağından 3 dəfə əməliyyat keçirib. Gələcəkdə protez ayağa ehtiyac duya bilər. Əlində də əməliyyat aparılıb. Bəzi iddialarda isə üz nahiyəsində ciddi yanıq və zədələrin olduğu, hətta estetik əməliyyat ehtimalının gündəmdə olduğu bildirilir.
Xəbərdə həmçinin qeyd olunur ki, İran rəsmilərinin onunla birbaşa görüşü məhdudlaşdırılıb. Təhlükəsizlik səbəbi ilə görüşlərin gizli aparıldığı iddia edilir. Onun qərar proseslərində rol oynadığı bildirilir.
Qeyd edək ki, bu məlumatlar yalnız media iddialarına əsaslanır və rəsmi tərəflər tərəfindən təsdiqlənməyib.























