Avtomobillə işə gedənlərə pis xəbər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

 Referans Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 Hal-hazırda yollardakı vəziyyət:

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

 Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
 
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki