Azarkeşlər bunu gözləmirdi: Sergen Yalçın getdi, Beşiktaş yeni məşqçini tapdı

"Beşiktaş"da Sergen Yalçınla yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışları sürətlənib. “Qara qartallar”ın gündəminə gələn son isim isə almaniyalı mütəxəssis Domeniko Tedesko olub.

Referans Media xəbər verir ki, mövsümü Türkiyə Super Liqasında dördüncü pillədə başa vuran "Beşiktaş"da rəhbərliklə keçirilən görüşdən sonra Sergen Yalçınla ayrılıq qərarı verilib. Klub prezidenti Serdal Adalı ilə aparılan danışıqlardan sonra yeni məşqçi axtarışına start verilib.

Məlumata görə, Domeniko Tedesko menecerlər vasitəsilə "Beşiktaş"a təklif olunub. Alman mütəxəssisin adı qısa müddətdə klubun əsas namizədlərindən birinə çevrilib.

38 yaşlı məşqçinin təxminən 2-3 həftə əvvəl "Fənərbaxça" ilə yollarını ayırması isə diqqət çəkən məqamlardan biri olub. Sarı-göylü azarkeşlərin böyük hissəsi Tedeskonun komandada qalmasını istəyirdi.

İndi isə onun adının əzəli rəqib "Beşiktaş" ilə hallanması Türkiyə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Domeniko Tedesko hücumameyilli futbol sistemi və gənc oyunçularla uğurlu münasibəti ilə tanınır. O, karyerası ərzində "Şalke 04", "RB Leypsiq" və Belçika milli futbol komandası kimi önəmli komandalarda çalışıb.

Tedeskonun gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki