Azərbaycan Mərkəzi Bankı sığortaçı seçdi
Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Referans Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 905 265 manat ödəniləcək.