Dünyaca məşhur teleulduz Kim Kardaşyan və reper Kanye Vestin 13 yaşlı qızı Nort Vestin son görünüşü sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Referans Media xəbər verir ki, Los-Ancelesdə səsyazma studiyasından çıxarkən görüntülənən Nortun tünd göz makiyajı, rəngli saçları və rəngsizləşdirilmiş qaşları diqqət çəkib. Musiqi karyerasına başlayan yeniyetmənin qotik üslubda geyimi valideynlərinin də tənqid olunmasına səbəb olub.
Nort Vest ötən ay anası ilə birlikdə qatıldığı TikTok canlı yayımında görünüşünə yönələn tənqidlərə cavab verib.
“Dostlar, mən şeytani deyiləm. Mənə şeytani deməyi dayandırın. Sadəcə belə geyinməyi sevirəm deyə məni mühakimə etməyin. Kitabı üz qabığına görə qiymətləndirməyin”, – deyə o bildirib.
Nort ona qarşı tənqidlərin qara diş aksesuarları və pirsinqləri ilə bağlı olduğunu düşündüyünü də qeyd edib.
