Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə Avropa çempionatı keçirilir.
Referans Media xəbər verir ki, Azərbaycan milli komandası bu gün ilk oyununa çıxacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:30-da start götürəcək.
F qrupunda mübarizə aparan milli komanda mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.
