Azərbaycan milli futbol komandasının tərkibində bazar dəyəri ən yüksək olan futbolçular müəyyənləşib.
Referans-ın məlumatına görə, “Transfermarkt” portalı millidə çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.
Siyahıya “Qarabağ”ın cinah yarımmüdafiəçisi Nəriman Axundzadə başçılıq edir. Onun hazırkı bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilib. İlk üçlüyü də məhz “Köhlən atlar”ın oyunçuları tamamlayır – 1.5 milyon avro ilə Toral Bayramov və 1.2 milyon avro ilə Elvin Cəfərquluyev.
Siyahı belədir:
Nəriman Axundzadə – 2 milyon avro
Toral Bayramov 1.5 milyon avro
Elvin Cəfərquluyev 1.2 milyon avro
Aleksey Isayev 900 min avro
Sabuhi Abdullazada 900 min avro
Renat Dadashov 900 min avro
Rza Cəfərov 850 min avro
Ramil Şeydayev 800 min avro
Mahir Emreli 800 min avro
Bəhlul Mustafazadə 800 min avro.