Azərbaycan Qran-Prisi üçün “yağış sürprizi”: Problem, yoxsa əlavə intriqa?backend

Azərbaycan Qran-Prisi üçün “yağış sürprizi”: Problem, yoxsa əlavə intriqa?

  Bakıda hökm sürən dəyişkən hava şəraiti bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisinə yarış vaxtı problem yarada bilər.

Referans.az  xəbər verir ki, yağış ehtimalı 51 dövrəlik yarışda iştirakçılara çətinliklər törədə bilər. Bu barədə “racingnews365.com” məlumat yayıb.

Onsuz da sürpriz nəticələr və hadisələrlə yadda qalan, ən gözlənilməz yarışlardan biri kimi tanınan Bakı Qran-prisinə sabit olmayan hava şəraitinin əlavə intriqa qatacağı gözlənilir.

Cümə günü keçiriləcək iki sərbəst yürüş quru havada baş tutacaq. Temperatur 25 dərəcə selsiyə qalxacaq və yağış gözlənilmir. Lakin ikinci yürüşün sonunda əlverişsiz hava ehtimalı proqnozlaşdırılır və axşam saatlarında bu risk artacaq.

Şənbə günü yağış ehtimalı daha yüksəkdir. Xüsusən də üçüncü və sonuncu sərbəst yürüş zamanı belə proqnoz var. Bu saatda yağış ehtimalı 35–40 faiz arasında dəyişəcək.

Rəsmi sıralanma turunda isə yağış ehtimalı azalaraq 15–19 faiz arasında olacaq. Amma sessiyanın sonuna doğru küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu bir qədər sərin olacaq – maksimum 21 dərəcə.

Bazar günü də temperatur oxşar qalacaq, külək isə zəif əsəcək. Lakin yerli vaxtla saat 15:00-da start götürəcək yarışın əvvəlində yağış ehtimalı 29 faizdir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki