Ölkəyə gətirilən minik avtomobillərinin sayı 5 ayda təxminən 40 faiz azalıb.
Ekspert azalmanın əsas səbəbini ötən ilin ikinci yarısından etibarən bazarda yaranan sürətli alışlarla izah edir. Çünki həm vətəndaşlar, həm də satıcılar elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən 18 faizlik ƏDV güzəştinin 2026-cı il yanvarın 1-dən bitəcəyini bilirdilər. Bu səbəbdən ötən il avtomobil idxalında əvvəlki illə müqayisədə 30 faizdən çox artım qeydə alınıb.
