43 yaşlı kişi kanalda boğuldu

Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb.

Referans Media xəbər verir ki, Şüşün kənd sakini, 1983-cü il təvəllüdlü Rəşad Məhəmməd oğlu Cəfərov kəndin ərazisindən keçən su kanalında boğulub.

R.Cəfərovun meyiti sudan çıxarılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki