Muslera 30 metrdən qol buraxdı – Kabo-Verde yenidən tarix yazdı

2026 FİFA Dünya Kuboku H qrupunun ikinci turunda keçirilən qarşılaşmada Uruqvay milli futbol komandası və Kabo-Verde milli futbol komandası 2:2 hesablı heç-heçə edib.

Referans Media xəbər verir ki, qarşılaşmanın ən çox müzakirə olunan anlarından biri matçın 21-ci dəqiqəsində yaşanıb. Kabo-Verdenin futbolçusu Kevin Pina təxminən 30 metrdən cərimə zərbəsi ilə komandasını hesabda önə çıxarıb. Həmin epizodda qapıçı Fernando Musleranın mövqeyi diqqət çəkib.

Uruqvay ilk hissənin sonlarında ardıcıl qollarla hesabı öz xeyrinə dəyişə bilib. Lakin ikinci hissədə Musleranın uğursuz çıxış etdiyi epizoddan sonra Helio Varela hesabı yenidən bərabərləşdirib.

Bu nəticə ilə hər iki komanda 2 xal toplayıb. İlk dəfə Dünya Kubokunda iştirak edən Kabo-Verde daha əvvəl də qrupda xal qazanaraq diqqət çəkməyi bacarmışdı.

Qrupun son turunda Uruqvay liderlə qarşılaşacaq, Kabo-Verde isə növbəti sensasiya üçün meydana çıxacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki