Azərbaycanda qızını boğan ata həbsdə ÖLDÜ

Bakıda məhkum həbsxanada ölüb.

Referans Media  xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.

Burada cəza çəkən 67 yaşlı İmanquliyev Məhərrəm Nəsir oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Qubanın Barlı kəndində öz qızı 1991-ci il təvəllüdlü Zeynəbi əlləri ilə boğaraq öldürmüşdü. O, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki