Bir dövrün məşhur "manikenlər kralı" və Yeşilçam aktyoru Engin Koç böyük şəhərin səs-küyündən uzaqlaşaraq doğulduğu Sivasın Hafik rayonuna köçüb. O, ailəsi ilə birlikdə təbiət qoynunda sakit həyat sürür.
Referans Media xəbər verir ki, uzun müddətdir ekranlardan və şou-biznesdən kənar həyat tərzi seçən keçmiş model İstanbulun yorucu və gərgin temposunu geridə qoyub. Aslen Sivasdan olan Engin Koç həyat yoldaşı Pınar və oğlu Burqayla birlikdə Hafik rayonunun Yeniköy kəndində özünə prefabrik ev inşa etdirib. Şəhər həyatından tamamilə uzaqlaşan sənətçi evinin bağçasında torpaqla məşğul olaraq təbiətin dadını çıxarır.
Sənətçi son olaraq anası Gül Koç ilə Sivasda çəkdirdiyi səmimi fotosunu sosial şəbəkə hesabında paylaşıb. Onun bu paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər tərəfindən məşhur aktyora "Çox yaxşı görünürsünüz" və "Ananızın kopyasısınız" kimi müsbət rəylər yazılıb.
Böyük şəhəri tərk etmə səbəblərindən danışan Engin Koç qeyd edib ki, İstanbulu hələ də sevsə də, onun həddindən artıq sıxlığı və enerjisi insanı yorur: "İstanbulda artıq yaşamaq istəmirəm. Orada insan kütləsi və mənfi enerji çoxdur. Əvvəllər çox gözəl idi, bizim gənclik illərimiz orada keçib. İstanbul hələ də cazibəlidir, lakin mənim fikrimcə, artıq uzun müddət qalmaq üçün əlverişli yer deyil. İnsanlar daha sakit, ruhlarını dincəldəcəklər məkanlar axtarırlar. Burada isə tamamilə rahatlıq tapmışıq."/NOCOMMENT.az/
