Bakının Xəzər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Buzovna şossesində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə "Kamaz" markalı yük maşınına, daha sonra isə dəmir məhəccərə çırpılıb.
Avtomobili idarə edən şəxs hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
