Türkiyədə hamının gözlədiyi qərar verildi: Noyabrdan etibarən dəyişir

Şəhərlərarası avtobus daşımalarında yeni mərhələ başlayır. 2026-cı ilin noyabr ayından etibarən İstanbul-Ankara marşrutunda ekspres səfər sistemi tətbiq ediləcək. Yeni qaydalara əsasən, bəzi avtobuslar yolüstü dayanacaqlara daxil olmadan birbaşa iki şəhər arasında hərəkət edəcək.

Referans Media xəbər verir ki, Məqsəd sərnişinlərin səyahət vaxtını azaltmaq və avtobus nəqliyyatını daha sürətli alternativə çevirməkdir.

İstanbul-Ankara arasında dayanacaqsız avtobuslar işləyəcək

İstanbul-İzmir xəttində sınaqdan keçirilən ekspres səfər modeli artıq İstanbul-Ankara istiqamətində də tətbiq olunacaq.

Yeni sistemə əsasən ekspres avtobuslar:

Kocaeli,
Sakarya,
Düzcə,
Bolu,
Beypazarı,
Polatlı
kimi ara dayanacaqlara daxil olmayacaq.

Beləliklə, avtobuslar İstanbuldan Ankaraya daha qısa müddətdə və fasiləsiz hərəkət edəcək.

Sərnişinlər iki seçim arasında qərar verəcək

Yeni tətbiqlə avtobus şirkətləri eyni marşrut üzrə həm klassik, həm də ekspres səfərlər təşkil edəcək.

Ara dayanacaqlardan sərnişin götürən adi avtobuslarla yanaşı, birbaşa İstanbul-Ankara xətti üzrə hərəkət edən sürətli avtobuslar da bilet satışına çıxarılacaq.

Bu yolla sərnişinlər seçim edə biləcəklər:

daha qısa vaxtda çatmaq istəyənlər ekspres səfərlərə,
yolüstü dayanacaqlardan istifadə edənlər isə klassik reyslərə üstünlük verəcək.
Yüksək sürətli qatarla rəqabət güclənir
Avtobus şirkətlərinin bu qərarında İstanbul-Ankara Yüksək Sürətli Qatar (YHT) xəttinin artan populyarlığı mühüm rol oynayır.

Daşıyıcı şirkətlər səyahət müddətini azaltmaqla YHT qarşısında rəqabət üstünlüyü qazanmağa və daha çox sərnişin cəlb etməyə çalışır.

İlk mərhələdə məhdud sayda şirkət qoşulacaq
Ekspres səfər sistemi ilkin olaraq müəyyən avtobus şirkətləri tərəfindən tətbiq ediləcək. Yeni modelin sərnişinlər tərəfindən maraqla qarşılanacağı təqdirdə, gələcəkdə daha çox şirkətin bu sistemə keçməsi gözlənilir.

Yeni tətbiqlə İstanbul-Ankara arasında avtobusla səyahətin daha sürətli və rahat olması hədəflənir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki