Buzovnada minik avtomobili yük maşınına çırpılıb: Ölən var — VİDEO

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, bununla bağlı video görüntü sosial şəbəkələrdə paylaşılıb.

Qeyd olunub ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində bir nəfər həyatını itirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 4-də saat 01:13-də Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində baş verib.

Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi "Volvo" markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./oxu.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki