Bu gecə “Azercell" abunəçiləri bəzi xidmətlərin istifadəsində problem yaşayacaq.
Referans Media-ın məlumatına görə, şirkətdən Yurd.Media-ya bildirilib ki, “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 22 sentyabrda gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
"Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin ediləcəkdir", - məlumatda deyilir.
