Sane ilk 11-də niyə başladı? "Qalatasaray"da şok iddia gündəmi qarışdırdı

“Qalatasaray”ın almaniyalı ulduzu Leroy Sane ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Referans Media xəbər verir ki,  türkiyəli idman şərhçisi Levent Tüzemen “Trabzonspor”la oyundan sonra Sane ilə baş məşqçi Okan Buruk arasında narazılıq yaşandığını iddia edib. Tüzemenin sözlərinə görə, Leroy Sane əvvəlki oyunlarda əsas heyətdə meydana çıxmamasından narazı qalıb və bu məsələ ilə bağlı Okan Buruka şikayət edib. İddia olunur ki, bundan sonra almaniyalı futbolçu “Trabzonspor”la qarşılaşmada ilk 11-də yer alıb.

Levent Tüzemen Sane ilə bağlı iddiasını belə ifadə edib: “Sane ‘İlk 11-də başlamıram’ deyə səni şikayət etdi. Sən də bu resti gördün və “Trabzonspor”la oyunda onu ilk 11-də meydana buraxdın. Allah xatirinə, Sane nə oynadı?”

Tüzemen əlavə edib ki, Sane oyunda kifayət qədər təsirli təsir bağışlamayıb və hətta zərbə vurmağa gücünün çatmadığını bildirib. Şərhçi həmçinin Sane və Rafael Leaonun müdafiəyə kifayət qədər kömək etmədiyini iddia edib.

Levent Tüzemen “Qalatasaray”da heyət seçimləri ilə bağlı sosial media təzyiqinin rol oynadığını da irəli sürüb. O, Barış Alper Yılmazın səhvlərinə baxmayaraq, meydanda mübarizəsi, çalışqanlığı və istəyi ilə fərqləndiyini bildirib. Tüzemen gənc hücumçu Deniz Güldən də danışaraq onun derbi təcrübəsinin az olduğunu vurğulayıb. Şərhçinin fikrincə, futbolçu oyunda top saxlamaqda, rəqibi keçməkdə və ikili mübarizələrdə çətinlik çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki