Ahmet Çakar ağzını açdı: Okan Burukla bağlı gündəmi silkələyən iddia

Türkiyənin keçmiş hakimi və idman şərhçisi Ahmet Çakar “Qalatasaray”ın “Trabzonspor”a 0:4 hesabı ilə məğlub olduğu oyundan sonra baş məşqçi Okan Burukla bağlı diqqətçəkən iddia səsləndirib.

Referans Media xəbər verir ki, Çakar “Qalatasaray”ın oyununu sərt şəkildə tənqid edib və komandanın hazırkı vəziyyətindən sonra Okan Burukun fəaliyyətini davam etdirməsinin sual altında olduğunu bildirib.

Ahmet Çakar “Qalatasaray”ın çıxışını dəyərləndirərkən belə deyib: “Qalatasarayın vəziyyəti ürəkaçan deyil. Artıq Okan Burukdan bu komandaya xeyir gəlməz.”


Çakar Okan Burukun “Trabzonspor”la qarşılaşmada qırmızı vərəqə almasına da toxunub. O, baş məşqçinin qəsdən özünü oyundan kənarlaşdırtdığını iddia edib.

“Bilərəkdən və istəyərəkdən özünü qovdurdu ki, belə biabırçı oyundan sonra mətbuat konfransına çıxmasın. Bu neçənci dəfədir? Əvvəlki oyunlarının hamısına baxırıq, demək olar ki, hamısında qovulmalı idi. Həmişə söyüş, həmişə söyüş”, – deyə Çakar bildirib.

Çakar daha sonra Okan Burukun “Qalatasaray”dakı gələcəyi ilə bağlı sərt mövqe ortaya qoyub. “Bəncə, artıq bu gecədən sonra Okan Burukla “Qalatasaray”ın işi bitib, bitməlidir”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki