image-ibrahim_tatlises_2025backend

“Babam atam üçün qatil tutub” – Tatlısəsin nəvəsi

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin ailəsində gərginlik yenidən gündəmə gəlib. Sənətçinin nəvəsi Mert Tatlısəs sosial mediada verdiyi açıqlamalarla diqqət çəkib.

Referans Media  türk mediasına istinadən xəbər verir ki, Mert Tatlısəs babası barədə sərt ittihamlar səsləndirərək, babasının atası üçün qatil tutduğunu iddia edib.

 

O, həmçinin sənətçinin öz oğluna qarşı “ölüm tilsimi” etdirdiyini də bildirib. Bu açıqlamalar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ahmet Tatlısəs ilə atası arasında uzun müddətdir davam edən hüquqi və şəxsi mübahisələr var. İbrahim Tatlısəs daha əvvəl böyük oğlunu mirasdan məhrum etdiyini açıq şəkildə bəyan etmişdi. O, açıqlamasında:

 

“Əhmədə bir qəpik belə qoysam, Allah məni toz halına salsın. Ona stul belə qoymayacağam. O, buna layiq deyil”, – ifadələrini işlətmişdi.

Ahmet Tatlısəs isə atasının bu sözlərinə cavab olaraq bildirib ki, ata ilə övlad arasında nifrət ola bilməz. Onun sözlərinə görə, İbrahim Tatlısəsin səhhətində müəyyən problemlər var və bu açıqlamalar da həmin durumla bağlı ola bilər. Ahmet Tatlısəs demensiyanın ilkin əlamətləri və unutqanlıq ehtimalını gündəmə gətirərək, atasının əmlakla bağlı dediklərinin əksəriyyətinin doğru olmadığını iddia edib./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki