Bakı polisindən əməliyyat: saxlanılan var – VİDEO

Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Referans Media-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma davam etdirilir.


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki