Gürcüstanda güclü leysan nəticəsində paytaxt Tbilisi küçələri, zirzəmiləri və bir neçə metro stansiyasını su basıb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub.
Tbilisi meriyasının müvafiq xidmətləri və paytaxtın rayon administrasiyaları fövqəladə rejimdə çalışıb. Ən mürəkkəb vəziyyət Saburtalo rayonunda müşahidə olunub.
Bəzi yerlərdə qaz kəməri zədələnib. Qəza səbəbindən yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri təxliyə edilib. Daha sonra qaz kəmərinin fəaliyyəti bərpa olunub./Unikal/
