ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə xarici KİV Kaliforniya polisinə istinadən məlumat yayıb. Məlumata görə, 5 nəfər saxlanılıb və həbslər Kaliforniyanın Qlendeyl şəhərində baş tutub. Saxlanılan ermənilər fırıldaqçılıq və şəxsi məlumatların oğurluğunda şübhəli bilinirlər.
"Həbs edilənlərin hamısı Qlendeyl sakinləridir. Onlar 36 yaşlı Razmik Barseqyan, 27 yaşlı Robert Poqosyan, 35 yaşlı Vahan Kalaşyan, 26 yaşlı Armen Harutyunyan və 27 yaşlı Artem Militonyandır", -məlumatda qeyd edilib.
İstintaq araşdırmaları naməlum şəxslərin yaşayış ərazilərinə girərək poçt qutularını qurdalamaları barədə məlumatların yayılmasından sonra başlayıb. Sonradan şübhəlilərin məktub oğurlamaları aşkar ediliblər. Polisin məlumatına görə, fırıldaqçılar sakinlərin şəxsi məlumatlarından qanunsuz olaraq kredit kartlarını qeydiyyata almaq üçün istifadə ediblər./Publika.az/


